Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan Respublikası daha perspektivli layihələrin müəllifi olaraq mövqeyini gücləndirir.
Elm və təhsil İqtisadiyyat

Azərbaycan Respublikası daha perspektivli layihələrin müəllifi olaraq mövqeyini gücləndirir.

Azərbaycan Respublikası milli iqtisadiyyatın ardıcıl inkişaf istiqamətlərinin müəyyən olunması sahəsində davam etdirdiyi islahatlarla dünya iqtisadiyyatına öz töhfələrini verməkdədir. Burada, müstəqilliyimizin ilk illərindən başlanan neft sektorunun uzunmüddətli perspektivlərinin və bütövlükdə, dünya enerji xəritəsinə hərəkətverici təsirinə görə seçilən qlobal layihələrin olduqca mühüm təsirini qeyd etmək olar. Xüsusilə, bu sahədə, neft kəmərlərinin isifadəyə verilməsi, TANAP və TAP layihələrinin milli və beynəlxalq iqtisadi əhəmiyətinin daha da yüksəldilməsi sahəsində həyata keçirilən işlər daha çox diqqəti çəkməkdədir. Bununla yanaşı, ölkəmizin Şimal-Cənub və Şərq-Qərb Nəliyyat Dəhlizlərinin təmin olunması proseslərində fəal iştirak etməsi, həmin qlobal layihələrin iqtisadi səmərəliliyinin yüksəldilməsinə təminat vermişdir. Burada, mühüm məqsəd Hindistandan Rusiyaya, eyni zamanda, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətinin azaldılmasından ibarət olur ki, bu da, Azərbaycan Respublikasının olduqca mühüm əhəmiyyətə malik olduğunu göstərməkdədir. Həmçinin, Şərq-Qərb Nəqliyyat Dəhlizinin bütövlükdə, dünya iqtisadiyyatı üzrə nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi sahəsində olduqca zəruri təsirinə görə fərqlənməkdədir. Azərbaycan Respublikasının fəal iştirakçısı olduğu bu layihənin mühüm məqsədi isə Çindən Türkiyəyə və eləcə də, Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

Qeyd edək ki, ölkəmizlə Çin arasında qarşılıqlı iqtisadi əməkdaşlıqların yeni keyfiyyət mərhələsinin başladılmış olması, ikitərəfli ticarət münasibətlərinin perspektivliliyinin təmin olunması, xüsusilə də, ümumi xarici ticarət dövriyyəsində Çinin payının 8 faizə qədər olması və ölkəmizin tarixi İpək Yolunun inkişafına təkan olması, daha böyük perspektivlər gətirməkdədir. Burada, Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin də mühüm əhəmiyyətini qeyd etmək yerinə düşmüş olar. Ölkəmizin makroiqtisadi inkişafının daha etibarlı və dinamik göstəricilərlə müşayiət olunması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə müşayiət olunmaqdadır. Yuxarıda qeyd olunan iqtisadi təşkilatlanmaların daha perspektivli layihələrin səmərəliliyinin yüksəldilməsinə təminat verməkdədir. Bildirmək olar ki, bu sahədə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin daha da perspektivli təminatı məqsədilə, Bakı-Qusar istiqamətində yeni yolların inşa olunması nəzərdə tutulmuşdur. Bütün bunlar, hər şeydən əvvəl, milli və beynəlxalq miqyaslı infrastruktur layihələri üçün daha aktual mexanizmlərdir. Bütün bunlar, həm də, ölkənin iqtisadi rayonları arasındakı iqtisadi-istehsal münasibətlərinin inkişafını daha da sürətləndirmiş olur.
Eyni zamanda, bəhs olunan layihələrin daha faydalı olmasında Kəlalə-Ağbənd layihəsinin həyata keçirilməsi və onun Araz çayının üzərindən keçməsi ilə, xüsusilə də, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, həmçinin Zəngilan rayonunun yaxınlığında Araz  çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün inşa olunması daha səmərəli təsisatların ortaya qoyulmasına səbəb olacaq. Aydın olur ki, ölkəmizin ərazisində çoxistiqamətli nəqliyyat kəmərlərinin inşa olunması, həmçinin Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağının yaradılması daha əhəmiyyətli və etibarlı tərəfdaşlıq münasibətlərinin akual olmasını təmin edəcəkdir. Bu
sahədə, xüsusilə də, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi- Batumi marşrutunun yaranması bir tərəfdən, ökəmizin iqtisadi gücünü, əlaqələndirici və yönləndirici potensialını ortaya qoyur, digər tərəfdən isə bu sahədə, daha effektiv layihələr üçün zəmin yaratmış olur. Bütün hallarda, bəhs olunanlar, ölkəmizin yeni iqtisadi reallılqlarının daha da əlçatan olmasına təminat yaratmış olacaq. Bunun üçün
ölkəmizin iqtisadi, təbii və əmək resursları mövcuddur.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version