Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 20,24 ABŞ dolları və ya 14,4% ucuzlaşaraq 120,44 ABŞ dollarına enib.

Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,69 dollar və ya 14,6% ucuzlaşaraq 114,89 ABŞ dolları təşkil edib.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 19,88 dollar və ya 18,2% azalaraq 89,38 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 19,74 dollar və ya 13,7% azalaraq 124,68 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Exit mobile version