Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan metal filiz hasilatını artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan metal filiz hasilatını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda metal filizləri hasilatının dəyəri 241,4 milyon manat olub.

Gundelik.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104 milyon manat və ya 75,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Gundelik.az

Exit mobile version