Dünya siyasətinin bu gün aktual məsələlərindən biri də enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti isə durmadan artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilmişdir. Beləliklə, nəticə olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr də iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Qeyd edim ki, ölkəmizin Avropaya təbii qaz, elektrik enerjisi ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Deyərdim ki, məhz bu da dövlətimizin iqtisadi inkişafına böyük təkan verərək, siyasi dividend qazandıracaqdır. Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirmək olar.
Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi; texnologiyaların inkişafı və tətbiqinin təmin edilməsi; enerjinin istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması; qüvvədə olan tədarük müqavilələrinin təmin edilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxış aid edə bilərik.Və xüsusiolaraq qeyd edim ki, ölkəmiz zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji sisteminə malik ölkədir. Xatırlatmağa ehtiyac yoxdur ki, ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.
Nəhayət paytaxt Bakı şəhərində keçirilən toplantıya ölkəmizlə yanaşı Avropa İttifaqı, yəni 24 ölkə, 7 beynəlxalq maliyyə institutu, o cümlədən 42 enerji şirkəti qatılmışdı.Bu tədbirdə müxtəlif ölkələrin nazirləri, nazir müavinləri və yüksəksəviyyəli nümayəndələr iştirak edirdilər.
Qeyd etməliyəm ki, Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi, həmçinin ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə, Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilmiş-dir. Müxtəlif enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalandı.Fikrimi cənab Prezident İlham Əliyevin bu toplantıda etdiyi çıxışdan bir neçə cümlə ilə yekunlaşdırmaq istəyirəm, O, dedi; “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı”.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu, Prezident İlham Əliyevin bu sahədə çoxşaxəli siyasətini, qəbul etdiyi qərarları Aİ-nin rəhbərliyi yüksək dəyərləndirir.Və sonda qürurla qeyd edirəm ki, məhz bu müstəqil və suveren Azərbaycanın uğurlu xarici siyasətinin və dünya birliyində getdikcə artan çəkisinin və nüfuzunun açıq göstəricisidir.
Beləliklə, ölkəmiz Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolunu gündən-günə artırmaqdadır.
YAP
Saatlı rayonu 15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov
Gundelik.az
