Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu il respublika ərazisində yollarda nişanlanma işlərinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, nişanlanma işlərinin həyata keçirilməsi üçün “STP-Btech” şirkəti 36,1 milyon manat məbləğində təklif təqdim edib.
Hazırda şirkətin təklifi qiymətləndirmə mərhələsindədir. Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, AYNA ötən il respublika ərazisində, o cümlədən magistral yollarda xətlənmə işlərinə 11,465 milyon manat, nişanlanma işlərinə isə 33,549 milyon manat vəsait ayırıb. Beləliklə, ötən il hər iki istiqamət üzrə ümumi xərclər 45,014 milyon manat təşkil edib.
