Avstraliyada 31 000-dən çox oğurlanmış bank istifadəçilərinin parolları kiberhücum törədənlər tərəfindən “Telegram” və bu qəbildən digər tətbiqlərdə paylaşılıb.
Gundelik.az Avstraliya Yayım Korporasiyasına (ABC) istinadən xəbər verir ki, bir qrup kiber kəşfiyyat tədqiqatçısının apardığı araşdırma nəticəsində istifadəçilərin şəxsi cihazlarından daxil olan giriş məlumatlarının zərərli məqsədlər üçün istifadə edildiyi aşkarlanıb.
Qlobal miqyasda 31 milyondan çox cihazda zərərli proqram aşkar edilsə də, təkcə Avstraliyada 58 000-dən çox cihazın belə zərərli proqramın qurbanına çevrildiyi bildirilir.
Avstraliya səlahiyyətliləri vətəndaşlara təhlükəsizlik proqramlarını yeni saxlamaq və onlayn şübhəli fəaliyyətə qarşı ayıq olmaq barədə xəbərdarlıq edib.
Gundelik.az

