Avropa Komissiyası (AK) cümə günü Ukraynaya 4,05 milyard avro maliyyə vəsaitinin ayrıldığını açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu məbləğin 3,05 milyard avrosu Ukrayna Fondundan, 1 milyard avrosu isə Avropa Komissiyasının xüsusi makro-maliyyə yardım proqramı çərçivəsində təqdim olunub.
Brüsselin xatırlatdığı kimi, 2022-ci ilin fevralından etibarən Avropa İttifaqı və üzv dövlətlər Ukraynaya humanitar, maliyyə və hərbi dəstək məqsədilə ümumilikdə 168,9 milyard avro ayırıblar.
Gundelik.az

