İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avropa İttifaqı Ukrayna üçün dron istehsalına 6 milyard avro ayıracaq

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərəcəyini açıqlayıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna dizaynları əsasında pilotsuz uçuş aparatlarının istehsalı üçün 6 milyard avro ayrılacaq.

“Avropa ERA (Avropa Müdafiə Agentliyi) kreditləri çərçivəsində 6 milyard avronun ayrılması sürətləndiriləcək və Ukrayna ilə dron ittifaqı yaradılacaq”, – fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

O, Ukraynanın İHA texnologiyasını ordunun əsas güclü tərəflərindən biri kimi qiymətləndirib və onların inkişafının məqsədəuyğun olduğunu vurğulayıb.

Fon der Leyen həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi Kiyev üçün “təhlükəsizlik təminatının birinci səviyyəsi” hesab olunur.

Gundelik.az