Avropa Birliyi xərçəng narahatlığına görə etanolu qadağan edə bilər.
Gundelik.az “Financial Times”a istinadən xəbər verir ki, Avropa Kimya Agentliyi (ECHA) etil spirtini (etanol) kanserogen kimi təsnif edə bilər ki, bu da onun səhiyyə müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb olacaq.
Məqalədə bildirilir ki, oktyabrın 10-da ECHA işçi qruplarından biri daxili tövsiyə dərc edib ki, burada etanol hamiləlik zamanı xərçəng və ağırlaşma riskini artıran zəhərli maddə kimi qeyd edilib.
Agentliyin Aktiv Biosidal Maddələr Komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək, burada Agentlik qərar qəbul edəcək və öz tövsiyələrini Avropa Komissiyasına təqdim edəcək.
Alkoqol əsaslı dezinfeksiyaedici maddələr hazırda Aİ-də təhlükəsiz sayılır və 1990-cı illərdən ÜST-nin Əsas Dərmanlar Siyahısına daxil edilmişdir.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə filtrli siqaretləri və elektron siqaretləri qadağan etməyi planlaşdırır.
Gundelik.az
