Almaniya avtomobil istehsalçısı “Audi”nin proqnozuna görə, onun 2025-ci ildə gəliri 67,5-72,5 milyard avro, əməliyyat mənfəət marjası 7-9%, xalis pul axını isə 3-4 milyard avro təşkil edəcək.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, proqnoz həmçinin “Audi”nin həmkarlar ittifaqları ilə mart ayı razılaşmasının potensial təsirini, o cümlədən işçilərin ixtisarını nəzərə almır.
“Audi”nin 2025-ci ilin birinci rübündə gəliri 12% artaraq 15,4 milyard avroya, əməliyyat mənfəəti isə 15% artaraq 537 milyon avroya çatıb. Xalis pul vəsaitlərinin hərəkəti mənfi olub (61 milyon avro).
Hesabat dövründə “Audi” avtomobillərinin tədarükü 3,4% azalaraq 383 401 ədəd təşkil edib. Çində bu göstərici 7%, Avropada (Almaniya istisna olmaqla) 3%, Şimali Amerikada isə 2,1% azalıb. Almaniyada 4,8% artım qeydə alınıb.
“Audi” elektrik avtomobillərinin tədarükü 30% artaraq 46 371 ədədə çatıb.
Gundelik.az
