İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“AtaSığorta”nın lisenziyası ləğv edilib

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğv edilib.

“Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır”, – məlumatda vurğulanıb.