İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Astara şəhərinin su təchizatı yaxşılaşdırılacaq, kanalizasiya sistemi yaradılacaq – 65 milyon manatlıq LAYİHƏ

Astara şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı işlərə başlanılır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, həmçinin şəhərin kanalizasiya sistemi də yaradılacaq.

Artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində müvafiq işlərə start verilib.

Qurum görüləcək işlərin 65 221 065 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az