Gundelik.az Ölkə “Aqrarkredit”in 10 milyonluq əmlakı satışa çıxarılıb
Ölkə Xəbərlər

“Aqrarkredit”in 10 milyonluq əmlakı satışa çıxarılıb

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan 3 qeyri-yaşayış sahəsi hərracda satılıb.

Gundelik.az-ın məlumatına görə, söhbət Xətai rayonu ərazisində yerləşən üç ayrı qeyri-yaşayış sahəsindən gedir.

Bu ayın əvvəlində QSC-nin balansında olan 44 əmlak hərraca çıxarılıb. Onların ümumi dəyəri 10 milyon manatdan çoxdur. Həmin əmlaklardan hələlik üçü 10 faiz ucuz – 223 min 542 manata satılıb.

Qeyd edək ki, “Aqrarkredit”in fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Təşkilatın sabiq rəhbəri Məmməd Musayev və bir neçə sahibkar cinayət məsuliyyətinə cəlb edilib.

Exit mobile version