Oktyabr 15, 2026
Baku
Siyasət Xəbərlər

AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.

Gundelik.az xəbər verir ki, Bəyannamənin layihəsi toplantıda iştirakçıların müzakirəsinə təqdim edilib.

Sənədin qəbuluna dair etiraz olmadıqdan sonra Bakı Bəyannaməsinin qəbul edildiyi elan olunub.