Gundelik.az Dünya Apple Siri-ni ChatGPT və Gemini ilə rəqabət aparacaq tam AI çat-botuna çevirməyi planlaşdırır
Dünya Xəbərlər

Apple Siri-ni ChatGPT və Gemini ilə rəqabət aparacaq tam AI çat-botuna çevirməyi planlaşdırır

Apple, generativ süni intellekt sahəsində illərdir geridə qalmasından sonra OpenAI və Google kimi rəqiblərə çatmaq üçün Siri-ni bu ilin sonuna doğru tam funksiyalı AI çat-botuna çevirməyi planlaşdırır. Bu addım, Apple-ın Siri-nin AI yenilənməsini Google-un Gemini texnologiyası ilə gücləndirməyi planlaşdırdığı barədə yayılan məlumatlardan sonra gündəmə gəlib.
Bu yenilənmə Siri-nin necə işlədiyini köklü şəkildə dəyişəcək. Daxildə “Campos” kod adı ilə tanınan yeni Siri-nin mövcud interfeysi tamamilə əvəz edəcəyi və daha çox danışıq yönümlü bir çat-bot kimi fəaliyyət göstərəcəyi gözlənilir.
İstifadəçilər Siri-ni əvvəlki kimi “Hey Siri” deməklə və ya yan düyməni basılı saxlamaqla çağıra biləcəklər, lakin istifadə təcrübəsi ChatGPT və ya Gemini-yə daha yaxın olacaq — yəni daha təbii şəkildə yazılı və səsli qarşılıqlı ünsiyyət mümkün olacaq.
Bloomberg-in məlumatına görə, yenilənmiş Siri ayrıca bir tətbiq kimi deyil, birbaşa iOS 27, iPadOS 27 və macOS 27 sistemlərinə dərindən inteqrasiya ediləcək. O, bugünkü Siri-dən xeyli irəli gedərək veb axtarış, məzmun yaratma, şəkil generasiyası, məlumatların xülasələndirilməsi və yüklənmiş faylların təhlili kimi imkanlar təqdim edəcək.
Yeni Siri həmçinin Apple-ın əsas tətbiqləri ilə sıx inteqrasiya olunacaq. Bu sayədə istifadəçilər səsli əmrlərlə şəkilləri redaktə edə, təqvim məlumatlarına əsaslanaraq e-məktublar hazırlaya, konkret faylları, mesajları və tədbirləri daha asan tapa biləcəklər.
Siri-nnin çat-bot versiyasının iyun ayında keçiriləcək WWDC tədbirində iOS 27 və macOS 27-in əsas xüsusiyyətlərindən biri kimi təqdim olunacağı, geniş istifadəyə isə sentyabr ayında buraxılacağı gözlənilir. Bundan əvvəl isə Apple bu yaz iOS 26.4 ilə daha məhdud bir Siri və Apple Intelligence yeniləməsi təqdim etməyi planlaşdırır. Bu versiyada mövcud interfeys saxlanılacaq, lakin intellektual imkanlar Google-un Gemini modelləri ilə gücləndiriləcək.
Bu isə iOS 26-nı ilin sonuna planlaşdırılan daha böyük Siri yenilənməsinə aparan bir keçid mərhələsi halına gətirir. Apple məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, yenilənmənin miqyası göstərir ki, rəqiblər danışıq yönümlü süni intellekti öz platformalarına dərindən inteqrasiya etdikcə, Apple-ın Siri-ni indiki vəziyyətdə saxlamaq üçün manevr imkanları getdikcə azalır.
Mənbə:  Digital Trends
Hazırladı   Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version