Gundelik.az Dünya “Apple” bu ölkədə lider oldu
Dünya Xəbərlər

“Apple” bu ölkədə lider oldu

“Apple” şirkətinin Çində smartfon satışları ötən ilin dördüncü rübündə illik müqayisədə 28% artıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Counterpoint” analitik şirkətinin hesabatında deyilir.

Qeyd edilib ki, şirkət Çin smartfon bazarında lider mövqeyini bərpa edib.

Satışların artması “iPhone 17” modelinin populyarlığı ilə izah olunur.

Çin istehsalçısı “Oppo” bu dövrdə satışları 14,9% artırıb, “Vivo”, “Huawei” və “Xiaomi” satışlarında isə ikirəqəmli azalma qeydə alıb.

2025-ci ildə Çin bazarında ümumi smartfon satışları 0,6% azalaraq 285 milyona düşüb.

Exit mobile version