ABŞ məhkəməsi “Apple” texnologiya şirkətinin iki patenti pozduğuna dair qərar çıxarıb və şirkətə təxminən 5,72 milyard dollar təzminat ödəməyi əmr edib.
Gundelik.az dünya mediasına istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı “Taction Technology” şirkəti “Apple” şirkətini “iPhone” və “Apple Watch” kimi cihazlarda vibrasiya siqnalları verən “Taptic Engine” mexanizmində texnologiyasından icazəsiz istifadə etməkdə ittiham edib.
San Dieqo Federal Məhkəməsində münsiflər heyəti “Apple” şirkətinin sözügedən iki patentin cəmi üç elementini pozduğuna qərar verib. Buna əsasən, “Apple” şirkətinə “Taction” şirkətinə 5,72 milyard dollar təzminat ödəməsi tapşırılıb.

