Gundelik.az Xəbərlər “8 mənzil satdım” deyən Nihat Doğan hönkür-hönkür ağladı
Xəbərlər

“8 mənzil satdım” deyən Nihat Doğan hönkür-hönkür ağladı

Oğlu Badıkanla birlikdə kamera qarşısına keçən müğənni Nihat Doğan koronavirus pandemiyası dövründə yaşadığı maddi çətinliklər səbəbindən 8 mənzilini satmaq məcburiyyətində qaldığını bildirib.

Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Mal-mülk çətin günlər üçündür” deyib.

Müğənni Nihat Doğan oğlu Badıkanla birlikdə qatıldığı televiziya proqramında şəxsi həyatı və keçmişdə yaşadığı maddi çətinliklərlə bağlı diqqətçəkən açıqlamalar verib. Pandemiya dövründə ciddi maliyyə sıxıntısı yaşadığını bildirən məşhur müğənni dolanmaq və ailəsinin ehtiyaclarını qarşılamaq üçün daşınmaz əmlaklarını satdığını deyib.

“Məcbur qalıb satdım, mal-mülk çətin günlər üçündür”

“Asiye Acar ile Pazar Gezmesi” proqramının qonağı olan Nihat Doğan koronavirus pandemiyası zamanı səhnə fəaliyyətinin dayanması ilə əlaqədar yaşadığı maddi çətinliklərdən danışıb. Sahib olduğu daşınmaz əmlakdan çətin günlər üçün istifadə etdiyini bildirən Doğan deyib:

“Pandemiya dövründə 8 mənzil satdım. Mal-mülk niyə var? Çətin günlər üçün var. Təkcə özümə yox, ailəmə də baxıram. Məcbur qalıb satdım”.

Ata-oğul ilk dəfə kamera qarşısında

2022-ci ilin avqustunda iranlı pərəstişkarı Arzu Doğanla evlənən və bu evlilikdən Badıkan adlı oğlu olan məşhur müğənni 2024-cü ildə həyat yoldaşından boşanıb.

Doğan ayrılıqdan sonra oğlu Badıkanla birlikdə ilk dəfə televiziya proqramında kamera qarşısına keçib. Müğənni proqramda həm ata olmaqla bağlı yaşadığı hisslərdən danışıb, həm də həyatının yeni mərhələsi barədə açıqlamalar verib.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version