İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən

Android smartfonları USB vasitəsilə haker hücumlarından qorunacaq

Android smartfonlarında USB vasitəsilə haker hücumlarına qarşı yeni müdafiə növü tətbiq ediləcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.

Məlumata görə, mütəxəssislər yeni Qabaqcıl Qoruma Rejimi (APM) haqqında məlumat əldə etməyə və onu sınaq smartfonunda aktivləşdirməyə nail olublar. Bu rejimdə telefon USB portu vasitəsilə hər hansı məlumatın ötürülməsini dayandırır, lakin simli şarj etməyə imkan verir.

Həmçinin bildirilir ki, APM aktiv olduqda, proqramlara üçüncü tərəf mənbələrindən məlumat endirmək icazəsi verilmir, 2G əlaqələri söndürülür və WEP əlaqələri bloklanır.

Beləliklə, vurğulanır ki, bununla da əməliyyat sistemi (OS) USB aksesuarlarının qoşulmasının və cihazın sındırılmasının qarşısını ala bilər.

Məqalədə bildirilir ki, üçüncü tərəf proqramları smartfonun təhlükəsiz rejimdə olması barədə məlumat ala bilər. Bu halda istifadəçi APM rejimini söndürənə qədər onların bəzi funksiyaları qeyri-aktiv olacaq.

Qeyd olunub ki, yeni tətbiq Android 16-nın beta versiyalarında əlçatan olacaq.

Xatırladaq ki, bu ilin aprelində “Google” Android 16 əməliyyat sisteminin dördüncü beta versiyasını təqdim edib.

Gundelik.az