Amerikanın texnologiya şirkəti “Amazon.com” gələn həftə minlərlə işçisini işdən çıxarmağı planlaşdırır.
Bu barədə Gundelik.az “Reuters”a istinadən xəbər verir.
İşdənçıxarmalar oktyabr ayında elan edilən təxminən 28 min işçi ixtisarının bir hissəsidir. Şirkət artıq 2025-ci ildə təxminən 14 min işçini işdən çıxarıb.
İxtisarlar xüsusilə “Amazon Web Services”in bulud bölməsinin və “Prive Video” yayım xidmətinin işçilərinə təsir edəcək. İşçilər 27 yanvar tarixindən etibarən ixtisar bildirişləri almağa başlayacaqlar.
Sürücülər və paylama mərkəzi işçiləri də daxil olmaqla, “Amazon”un ümumi işçi qüvvəsi təxminən 1,58 milyon nəfərdir.
Qeyd edək ki, son üç ayda “Amazon”un bazar kapitallaşması 4,5% artaraq 2,29 trilyon dollara çatıb.
Dünya
İqtisadiyyat
Xəbərlər
“Amazon” gələn həftə minlərlə işçisini ixtisar edəcək
- Yanvar 23, 2026
- Less than a minute
- 187 Baxış
- 6 ay əvvəl
