Gundelik.az Dünya Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var
Dünya Siyasət Xəbərlər

Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var

Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var.

Gundelik.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən V “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində jurnalislərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdşalıq yalnız Türkiyənin deyil, bütövlükdə regionun təbii qaz bazarlarına töhfə verib:

“Bakı-Tiflis-Ceyhan neft boru kəməri vasitəsilə xüsusilə təbii qazla bağlı çox vacib işlər həyata keçiririk. Bu gün iki qardaş ölkə olaraq dünya neft sektoruna da çox mühüm töhfə veririk. Ona görə də Azərbaycanla nümunəvi enerji əməkdaşlığımız var. Bu da yalnız Türkiyə ilə Azərbaycan arasında deyil, bütövlükdə regiona və ümumilikdə qlobal neft və təbii qaz bazarlarına töhfə verən, həm enerji təchizatı, həm də qiymətlər baxımından çox mühüm əməkdaşlıqdır. İnşallah, bunu davam etdirəcəyik”.

Exit mobile version