İstanbulun Esenler rayonunda anbarda baş verən yanğın 3 binanın xarici fasadına və bir binanın damına sıçrayıb. Yanğın yanğınsöndürənlərin gərgin səyləri nəticəsində söndürülüb. Hadisə nəticəsində anbar tamamilə yanaraq külə dönüb, binalara isə maddi ziyan dəyib.
Atışalanı məhəlləsinin Gaye küçəsində yerləşən, içərisində iplik rulonları və köhnə əşyaların olduğu anbarda hələlik məlum olmayan səbəbdən yanğın başlayıb.
Qısa müddətdə böyüyən alovlar anbarın yaxınlığındakı 3 binanın xarici üzlüyünə və bir binanın damına keçib.
Vətəndaşların məlumat verməsindən sonra hadisə yerinə yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları göndərilib.
Polis əməkdaşları əraziyə təhlükəsizlik lenti çəkərək tədbirlər görüblər. Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınaraq söndürülüb.
Yanğın nəticəsində anbar istifadəyə yararsız vəziyyətə düşüb, binaların xarici fasadları və dam örtüyü də zədələnib.
Hazırda mütəxəssislər yanğının baş vermə səbəbini müəyyən etmək üçün araşdırma aparırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

