Gundelik.az Dünya Almaniyaya məxsus gəmi Odessa yaxınlığında vuruldu
Dünya Hadisə Xəbərlər

Almaniyaya məxsus gəmi Odessa yaxınlığında vuruldu

Almaniya şirkətinə məxsus yük gəmisi Qara dənizdə Odessa yaxınlığında dron hücumuna məruz qalıb. 

Gundelik.az xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Liberiya bayrağı altında üzən və qərargahı Hamburqda yerləşən Almaniyanın “Johann M. K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus “Emil” gəmisindən gedir. Gəminin Odessadan təxminən 21 dəniz mili (təqribən 39 km) məsafədə hücuma məruz qaldığı qeyd olunub.

Hücum nəticəsində gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək qabiliyyətini itirib. Gəminin 11 nəfərlik ekipajı təxliyə edilib, heç kim xəsarət almayıb.

Bununla belə, ekipaj üzvləri təhlükəsiz yerə çatdırılarkən, yük gəmisi yenidən hücuma məruz qalıb.

Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında hücum faktını təsdiqləyib.

Exit mobile version