Minatəmizləmə Agentliyi (ANAMA) avtomobillərin satınalınması ilə əlaqədar hazırlıqlara başlayıb.
Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.
Belə ki, pikap tipli 5 ədəd nəqliyyat vasitəsinin satınalınması nəzərdə tutulub.
Buraxılış ilinin 2026-cı il olması, yürüş məsafəsinin 0 km, sərnişin tutumunun 8+1 nəfər olması (sürücü kabinəsi 2 nəfər, sərnişin kabinəsi 7 nəfər), yeni, istismar edilməmiş olması, Yanacaq növünün dizel olamsı əsas şərtlərdəndir.
Sözügedən alqı-satqıya 543 min 750 manat vəsaitin sırf olunacağı proqnozlaşdırılıb.

