Koronavirus pandemiyası insanların COVID-19 olmasa belə beyin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə Nottingham Universitetinin (Böyük Britaniya) alimlərinin araşdırması “Nature Communications” jurnalında dərc edilib.
Mütəxəssislər pandemiyanın müşahidə edilənlərdə beyin qocalma prosesini sürətləndirdiyini müəyyən ediblər. Bəzi xəstələrdə hətta koronavirusun olmadığı aşkarlanıb.
Mütəxəssislər COVID-19 pandemiyasından əvvəl və sonra çəkilmiş təxminən 15,000 böyük britaniyalının maqnit rezonans görüntüləmə (MRT) məlumatlarını tədqiq ediblər.
Tədqiqatçılar qabaqcıl süni intellekt (AI) vasitələrindən istifadə edərək, pandemiya zamanı insan beyni 2020-ci ilə nisbətən orta hesabla beş ay yarım daha tez qocaldığını müəyyən ediblər. Mütəxəssislər bu fenomeni COVID-19-un gözlənilməz nəticəsi adlandırıblar.
Nevroloq Əli-Rza Məhəmmədinejad deyib: “Hətta Covid olmayan insanlarda da beynin qocalma sürətində əhəmiyyətli bir sürətlənmə oldu”. Onun sözlərinə görə, bu, qeyri-müəyyənlik şəraitindən yaranan stress və özünütəcrid vəziyyətində qalmaq və müəyyən məhdudiyyətlərə riayət etmək zərurəti ilə bağlıdır.
Eyni zamanda, COVID-19-u olmayan insanlarda beyin qocalması idrak qabiliyyətlərinin azalması ilə əlaqəli olmadığı müəyyənləşib.
Alimlər həmçinin pandemiyanın mənfi təsirinin geri qaytarıla biləcəyi qənaətinə gəliblər. Mütəxəssislər belə qənaətə gəliblər ki, pandemiya kimi böyük bir həyat hadisəsi, hətta insan xəstə olmasa belə, beyinə əhəmiyyətli təsir göstərə bilər.
Əvvəllər elm adamları COVID-19-dan sağalmış xəstələrin diqqətini cəmləşdirməkdə çətinlik çəkdiyini aşkar etmişdilər.
Gundelik.az

