Gundelik.az Dünya Aİ Rusiya neftinə qarşı ikinci dərəcəli sanksiyalara çağırır
Dünya Siyasət Xəbərlər

Aİ Rusiya neftinə qarşı ikinci dərəcəli sanksiyalara çağırır

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya neftinin tədarükünə qarşı ABŞ-nin tətbiq etdiyi rüsumlara bənzər ikinci dərəcəli sanksiyaların vacibliyini bildirib.

Gundelik.az TASS-a istinadən xəbər verir ki, Kallas bu addımın üçüncü ölkələrin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi mövcud sanksiyalardan yan keçməsinin qarşısını alacağını vurğulayıb.

Bundan bir gün əvvəl “Bloomberg” nəşri də Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinə ikinci dərəcəli məhdudiyyətlərin daxil edilməsi imkanını nəzərdən keçirdiyini yazmışdı.

Qeyd edək ki, avqustun 27-dən etibarən ABŞ Prezidenti Donald Tramp administrasiyası Hindistanın Rusiya neftini almaqdan imtina etməməsi səbəbindən bu ölkəyə qarşı 50 faizlik rüsum tətbiq edib.

“The Guardian”ın məlumatına görə, tariflər geyim, tekstil, qiymətli daşlar, ayaqqabı və mebel kimi məhsullara şamil olunur. Lakin yanacaq, elektronika və bəzi dərmanlar bu məhdudiyyətlərdən azaddır ki, bu da Hindistanın ABŞ-yə ixracının təxminən 30 faizini təşkil edir.

Gundelik.az 

Exit mobile version