Avropa İttifaqı (Aİ) ölkələri rusiyalı diplomatların blok daxilində səyahətlərinə məhdudiyyətlər tətbiq etmək barədə razılığa gəlib.
Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, bu qərar Aİ paytaxtlarında akkreditə olunmuş rus diplomatların digər üzv ölkələrə səfər etməzdən əvvəl səyahət planları barədə Aİ-ni əvvəlcədən məlumatlandırmalarını tələb edəcək.
Qəzet bildirir ki, bu təşəbbüs Çexiya tərəfindən irəli sürülüb və Brüsselin hazırladığı yeni sanksiyalar paketinin tərkib hissəsidir. Məlumatlı mənbələrin sözlərinə görə, sanksiyalar paketinin qəbul edilməsi üçün bütün üzv dövlətlərin yekdil dəstəyi tələb olunur.
Financial Times qeyd edir ki, daha əvvəl bu addıma qarşı çıxan yeganə ölkə olan Macarıstan Çexiyanın təklifi ilə vetosunu geri çəkib.
Nəşr əlavə edib ki, qərarın qəbuluna səbəb kimi Aİ təhlükəsizlik orqanlarının “Moskvadan maliyyələşən kəşfiyyatçılar tərəfindən NATO ölkələrində sabitliyi pozmaq məqsədilə aparılan koordinasiyalı kampaniyalar” barədə xəbərdarlıqları göstərilir.
Gundelik.az
