Gundelik.az Ölkə Agentlik sədri: Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib
Ölkə Xəbərlər

Agentlik sədri: Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib”.

Gundelik.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə heyətinin sədri Nazir İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sistemlərdə 3D formatlı topoqrafik xəritələr rəqəmsal şəkildə hazırlanaraq Azərbaycanın əsas güc strukturlarına təqdim olunur.

Nazir İsmayılov eyni zamanda bildirib ki, xəritələrin təkmilləşdirilməsi dayandırılmayıb, mütəmadi olaraq davam etdirilir. //APA

Exit mobile version