Ağdam rayonunun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin suvarma (texniki su) sisteminin tikintisinin layihələndirilməsi işlərinə başlanılır.
Bu barədə Gundelik.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, suvarma sisteminin tikintisinin layihələndirilməsi işlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək.
Layihələndirmə işləri 197 min 520 manata başa gələcək.
