Gundelik.az Ölkə Ağdərədə evlər təmir olunacaq
Ölkə Xəbərlər

Ağdərədə evlər təmir olunacaq

Ağdərə şəhərində yerləşən 157 fərdi ev cari təmir olunacaq.

Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq hazırlıqları yekunlaşdırıb.

Belə ki, qurum cari təmir işlərinin layihələndirilməsini “Void Architecture” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Layihələndirmə işləri 135 min 228 manata başa gələcək.

Exit mobile version