Gundelik.az Dünya Ağ Ev: Tramp Rusiyaya qarşı sanksiyalara təkbaşına qərar vermək istəyir
Dünya Xəbərlər

Ağ Ev: Tramp Rusiyaya qarşı sanksiyalara təkbaşına qərar vermək istəyir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, o, anti-Rusiya sanksiyaları ilə bağlı bütün qərarları təkbaşına qəbul etməlidir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O, Amerika liderinin mümkün məhdudiyyətlər məsələsi ilə bağlı hələ də senatorlarla əlaqə saxladığını qeyd edib: “Eyni zamanda Tramp xatırladır ki, o, dövlət başçısıdır, sözügedən postu “bir səbəbə görə” tutur. O, əvvəldən bu münaqişəyə dərindən qarışıb, ona görə də prezident sanksiyalarla bağlı istənilən qərarı özündə saxlamaq istəyir”.

Xatırladaq ki, iyulun 14-də Tramp 50 gün ərzində Ukrayna münaqişəsinin həlli ilə bağlı razılıq əldə olunmasa, Rusiyaya 100 faizlik tariflər tətbiq edəcəyini bəyan etmişdi.

“Financial Times”ın köşə yazarı Edvard Lyus isə belə bir fikir bildirib ki, ABŞ prezidentinin irəli sürdüyü ultimatum müddəti bitdikdən sonra çətin ki, belə bir addım atsın.

Jurnalist qeyd edib ki, ABŞ-nin sanksiyalarla bağlı qanun layihəsi “son dərəcə əsassız görünür” və ABŞ-nin özünə zərər verə bilər.

Gundelik.az 

Exit mobile version