Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Protean Construction” ASC ilə nəhəng müqavilə bağlayıb.
Gundelik.az xəbər verir ki, müqavilədə işğaldan azad edilmiş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası çərçivəsində 15 yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 13 milyon 687 min manat müəyyənləşib.

