Azərbaycan Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti bir sıra avadanlıq satın alacaq.
Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.
Belə ki, müxtəlif növ nasos aqreqatları, səyyar nasos stansiyaları və invertorların satın alınması nəzərdə tutulub.
Satınalınmaya 2,1 milyon manat məbləğin sərf olunacağı proqnozlaşdırılıb.

