Gundelik.az Dünya ABŞ və Türkiyə S-400 və F-35 raketləri ilə bağlı sövdələşmə aparıb
Dünya Siyasət Xəbərlər

ABŞ və Türkiyə S-400 və F-35 raketləri ilə bağlı sövdələşmə aparıb

ABŞ Milli Təhlükəsizlik Jurnalının (NSJ) köşə yazarı Maykl Rubin bildirib ki, ABŞ və Türkiyə arasında Ankaranın F-35 proqramına qayıtmasına imkan verəcək razılaşmanın bir hissəsi kimi Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə raket sistemlərinin işləkliyini məhdudlaşdırmaq planı müzakirə olunur.

Gundelik.az xəbər verir ki, nəşrin məlumatına görə, tərəflər arasında mümkün “sövdələşmə” Türkiyəyə ABŞ-ın “Amerikanın düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı”nın tələblərini nəzərə almadan hərəkət etməyə imkan verə bilər. Lakin Ankara F-35 proqramına qayıtmaq üçün ABŞ Konqresinin təsdiqini almalıdır. Rubin vurğulayıb ki, Türkiyə Amerikanın beşinci nəsil qırıcılarına böyük ehtiyac duyur, çünki onun regional rəqibləri – İsrail, Yunanıstan və BƏƏ – artıq F-35-lər alıb və ya almağa başlayıblar.

Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın texniki komandası müzakirələr çərçivəsində “arxa qapı” yaratmaq cəhdləri edib: Türkiyə S-400 komponentlərindən birini çıxaracaq və onu işlək vəziyyətdə elan edəcək.

Sentyabr ayında Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Türkiyənin F-16 və F-35 qırıcıları alması da müzakirə mövzusu olub.

Eyni zamanda, Amerikanın “The National Interest” jurnalının köşə yazarı Peter Suciu Türkiyə mətbuatına istinadla xəbər verib ki, Rusiya S-400 sistemlərinin alınması ilə bağlı Türkiyə ilə danışıqlar apara bilər.

Buna cavab olaraq, TASS agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadla bildirib ki, Ankara S-400 zenit-raket komplekslərini Rusiyaya qaytarmağı planlaşdırmır.

Gundelik.az 

Exit mobile version