ABŞ və İran müharibəsinə son qoymaq üçün qısa bir memorandum üzrə razılığa yaxınlaşırlar. Tramp adminstrasiyasının rəsmiləri danışıqların əvvəllər son anda pozulduğunu xəbərdar etsələr də, Ağ Ev çərşənbə axşamı Pakisdan vasdəçilərindən iranlıların kompromisə doğru irəllədiyinə dair müsbət rəy alıb. Onlar Pakisdanın nikbinliyinə şüphə ilə yanaşıblar.
Regional mənbə bildirib ki, son günlərdə diplomatik irəliləyiş müşahidə olunub. Mənbə əlavə edib ki, Prezident Donald Tramp sülh danışıqlarında məsələləri sadələşdirir ki, İran rejmindəki mötədillər danışıqlar masasına qayıda bilsinlər və məqsəd daha sonra daha mürəkkəb məsələləri həll etməkdir.
Planla tanış olan bir şəxs bildirib ki, daxildə təqdim edilən bir səhifəlik planda münaqişəyə son qoymaq üçün danışıqların mərkəzində duran müddəalar var. Sənəddə müharibənin bitdiyi, nüvə nəsələləri, İran akdivlərinin dondurulmasının aradan qaldırılması və Hörmüz boğazında gələcək təhlükəsizlik də daxil olmaqla, mübahisəli məqamların həlli üçün 30 günlük danışıqlar müddəti başlayacağı bildirilir.
Planın dəqiq təfərrüatları dərhal təsdiqlənə bilmədi, lakin mənbə bildirib ki, plana uranın zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması müzakirə olunacaq. ABŞ əvvəlki təklifində bu müddəti 20 il olaraq müəyyən etmişdi.
Planın həmkinin İrandan yüksək dərəcədə zənginləşdirilmiş Uran ehtiyatını ölkədən çıxarmağı tələb edir, lakin təfərüüadlar hələ də müzakirə olunurdu.
Tərtib edən: Cəfərova Kəmalə
istinad: CNN
Gundelik.az

