Gundelik.az Dünya ABŞ uşaq alimenti borcu olan valideynlərin pasportlarını ləğv edəcək
Dünya Xəbərlər

ABŞ uşaq alimenti borcu olan valideynlərin pasportlarını ləğv edəcək

ABŞ Dövlət Departamenti bildirib ki, 2,500 dollardan (təxminən 1,844 avro) çox uşaq alimenti borcu olan və ödəniş etməyən vətəndaşların pasportları ləğv edilə bilər. Bu addım “ciddi borc” kateqoriyasına düşən şəxslərə şamil olunacaq.

Yeni qaydaya görə, borclu valideynlər yalnız pasportlarını yeniləyə bilməyəcək, həm də mövcud pasportları da ləğv edilə bilər. Pasportu ləğv olunan şəxslər borcu ödəməyənə qədər yeni pasport ala bilməyəcəklər.

ABŞ hökuməti bunu “uşaqların rifahını qorumaq və valideynlərin qanuni öhdəliklərini yerinə yetirməsini təmin etmək” məqsədi ilə izah edir. Qaydanın 1996-cı il federal qanununa əsaslandığı və uzun müddətdir az tətbiq olunduğu bildirilir.

Yeni tədbirin yaxın günlərdə tətbiq olunacağı gözlənilir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version