Gundelik.az Dünya ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar təklif edir
Dünya Xəbərlər

ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar təklif edir

Vaşinqton Ukrayna və Rusiya arasında uzun fasilədən sonra ilk birbaşa danışıqların keçirilməsini təklif edib. Bu təklif ABŞ və Rusiya nümayəndələrinin həftəsonu Mayamidə Ukraynadakı müharibəyə son qoymaq məqsədilə mümkün sülh planını müzakirə etməsindən sonra irəli sürülüb.
Ağ Evin nümayəndəsi bazar günü bildirib ki, Mayamidə ukraynalı, avropalı və rusiyalı nümayəndələrlə aparılan görüşlər məhsuldar və konstruktiv keçib.
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, danışıqların məqsədi Ukrayna, ABŞ və Avropa arasında ortaq strateji yanaşmanın razılaşdırılmasıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Vaşinqtonun bu təşəbbüsünü təsdiqləyib, lakin Rusiyanın müharibəni bitirmək niyyətinə şübhə ilə yanaşdığını bildirib.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version