Gundelik.az Dünya ABŞ Tayvana 10 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya Siyasət Xəbərlər

ABŞ Tayvana 10 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Tayvana 10 milyard dollardan çox dəyərdə irimiqyaslı silah satışı elan edib.

Gundelik.az bu barədə “Associated Press agentliyinə istinadən xəbər verir.

Məlumata görə, satış müqaviləsinin 4 milyard dolları 82 ədəd Yüksək Mobillikli Artilleriya Raket Sistemini (HIMARS) və 420 ədəd Ordu Taktiki Hava-Taktiki Raket Sistemini (ATACMS) əhatə edir.

Satışlara həmçinin dəyəri 4 milyard dollardan çox olan 60 özüyeriyən haubitsa və əlaqəli avadanlıqlar, eləcə də dəyəri 1 milyard dollardan çox olan pilotsuz uçuş aparatları daxildir.

Bundan əlavə, təchizat paketinə 1 milyard dollardan çox dəyərində hərbi proqram təminatı, 700 milyon dollardan çox dəyərində  Javelin  və  TOW  raketləri, 96 milyon dollar dəyərində helikopter ehtiyat hissələri və 91 milyon dollar dəyərində  Harpoon  raket təmir dəstləri daxildir.

Exit mobile version