ABŞ hökumətinin ötən il gömrük rüsumlarından əldə etdiyi gəlir təxminən 287 milyard dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə təxminən üç dəfə çoxdur.
Bu barədə Gundelik.az “The New York Times”a istinadən xəbər verir.
Bu vəsaitlərin əksəriyyəti Amerika şirkətləri olan idxalçılar tərəfindən ödənilib.
Qeyd edək ki, 2 aprel 2025-ci ildə ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn məhsullara tariflər elan edib. Prezident daha sonra bir neçə ölkədən gələn mallar üçün tarif dərəcələrini dəyişdirib.

