ABŞ Ukrayna ilə sülh razılaşmasının uğursuz olacağı təqdirdə təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Gundelik.az bu barədə “Bloomberg“ə istinadən xəbər verir.
Yeni məhdudiyyətlər bu həftə elan edilə bilər.
Sanksiyalar məsələsi ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən Avropa səfirləri ilə görüşdə müzakirə edilib. O, Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini vurğulayıb.
Qeyd edilib ki, sanksiyaların tətbiqi ilə bağlı son qərarı şəxsən ABŞ prezidenti Donald Tramp verəcək.

