Gundelik.az Dünya ABŞ ordusu bu gün İran limanlarına qarşı dəniz blokadasına başlayır
Dünya Xəbərlər

ABŞ ordusu bu gün İran limanlarına qarşı dəniz blokadasına başlayır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, 13 aprel saat 17:00-dan etibarən (Türkiyə vaxtı ilə) İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq ediləcək.

CENTCOM-un sosial media hesabında verilən məlumata görə, bu qərar prezidentin (Donald Trampın) göstərişinə uyğun olaraq həyata keçirilir. Bildirilib ki, ABŞ Şərq vaxtı ilə saat 10:00-dan başlayaraq İran limanlarına giriş-çıxış edən bütün dəniz nəqliyyatına qarşı blokada tətbiq olunacaq.

Açıqlamada vurğulanıb ki, bu blokada Fars körfəzi və Oman körfəzi daxil olmaqla İranın bütün liman və sahil bölgələrinə şamil ediləcək və bütün ölkələrin gəmilərinə “neytral şəkildə” tətbiq olunacaq.

Eyni zamanda qeyd olunub ki, Hörmüz boğazından keçərək İran xaricindəki limanlara gedən və ya oradan gələn gəmilərin hərəkətinə maneə yaradılmayacaq.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version