İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-nin nəqliyyat naziri NASA-nın rəhbəri olacaq

ABŞ Prezidenti Donald Tramp nəqliyyat naziri Şon Daffiyə müvəqqəti olaraq Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasına (NASA) rəhbərlik etməyi təklif edib.

Gundelik.az xəbər verir ki, bu barədə Tramp “The Truth Social” hesabında yazıb.

“Şon millətimizin nəqliyyat problemlərini həll etmək, o cümlədən ən müasir hava hərəkətinə nəzarət sistemlərini qurmaq, eyni zamanda yollarımızı və körpülərimizi yenidən qurmaq, onları yenidən səmərəli və gözəl etmək üçün böyük iş görür”, – Tramp bildirib.

Prezident vurğulayıb ki, Daffi qısa müddətə də olsa, getdikcə daha çox əhəmiyyət kəsb edən kosmik agentliyin fantastik lideri olacaq.

Nəqliyyat nazirinin özü X sosial şəbəkəsində belə cavab verib: “Bu missiyanı qəbul etmək mənim üçün böyük şərəfdir. Kosmosu fəth etmək vaxtıdır”.

İyun ayında Trump milyarder Jared Iİsaakmanın NASA rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. Lakin Tramp İsaakmanın namizədliyini ABŞ Senatı tərəfindən təsdiqlənməsindən bir neçə gün əvvəl qəfil geri götürüb.

Media İsaakmanın namizədlikdən geri çəkilməsini onun demokratların tanınmış nümayəndələri ilə əlaqədə olması və onların fəaliyyətinə vəsait ayırması ilə izah edib.

Gundelik.az