ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş amerikalı hərbçilərin qəzaya uğrayan kosmik gəmidən sağ çıxan “reptiloidləri” məhv etdiyini iddia edib.
Gundelik.az lenta.ru-ya istinadən xəbər verir ki, Qruş bu barədə hökumət əməkdaşlarından eşitdiyi hadisəni məşhur aparıcı Co Roqanın “Joe Rogan Experience” podkastında danışıb.
Keçmiş kəşfiyyatçı ABŞ hərbçiləri ilə qəzaya uğramış UNO-dan sağ çıxan yadplanetlilər arasında baş verdiyi deyilən qarşıdurmanı xatırladıb. Onun sözlərinə görə, söhbət boyu iki metrdən hündür “reptiloidlərdən” gedib.
Qruşa danışılan versiyaya əsasən, həmin varlıqların məhv edilməsi zərurəti yaranıb. “Onlar təhlükə yaradırdılar. ABŞ hərbçilərinə xəsarət yetirməyə başladılar”, – deyə keçmiş kəşfiyyatçı bildirib. O əlavə edib ki, qarşıdurma zamanı bəzi hərbçiləri xilas etmək mümkün olmayıb.
Qruş bu hekayənin həqiqət olduğuna inandığını bildirib. Onun sözlərinə görə, hadisə barədə məlumatı birbaşa ABŞ hökumətində çalışan şəxslərdən eşidib.
Keçmiş kəşfiyyatçı ümid etdiyini deyib ki, gələcəkdə həmin qarşıdurmada iştirak edən hərbçilərə baş verənləri şəxsən danışmağa icazə veriləcək.
Qeyd edək ki, Qruş daha əvvəl yadplanetlilərin okeanda nəhəng sualtı baza inşa etdiyini də iddia edib. Onun sözlərinə görə, bu obyekt ölçüsünə görə bir neçə şəhər məhəlləsi ilə müqayisə oluna bilər.
Nurəddin Abdullayev
Gundelik.az

