Gundelik.az Dünya ABŞ-ın İraqda yanacaq dolduran təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub
Dünya Xəbərlər

ABŞ-ın İraqda yanacaq dolduran təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İraqın qərbində ABŞ hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki altı heyyət üzvünün dördü həlak olub.

KC-135 təyyarəsinin itməsindən sonra xilasetmə işləri davam edir, əvvəllər təyyarənin vurulmasında nə düşmən, nə də dost atəşinin iştirak etmədiyini bildirmişdi.

Tanker ABŞ-ın İrana qarşı davam edən əməlyyatlarda iştirak etmiş və hadisədə iştirak edən iki təyyarədən biri idi. İkincisi təhlükəsiz yerə eniş etdi.

Boeing tərəfindən istehsal olunan təyyarələr havada yanacaqla dordurmaq qabiliyyətinə malik və adətən ABŞ hərbi əməliyyatlarında mühüm rol oynaayır. Onlardan birinci Körfəz müharibəsində qırıcı və bombardımançı təyyarələrin uçuş diaponunu genişləndirmək üçün geniş isdifadə etmişdir.

Contcom hadisəsinin cümə axşamı günü təxminən saat 14:00 baş verdiyini və qəzanın hazırda araşdırıldığını bildirib. O əlavə edib ki, həlak olan personalın şəxsiyyəti 24 saat gizli saxlanılır ki, onların yaxınlarına məlumat verilsin.

KC-135 təyyarəsində adətən ən azı bir pilot, ikinci pilot və təyyarənin yanacaq doldurma qolunu idarə edən bir operatordan ibarət heyət olur. Centcom əvvəllər qəzanın dost hava məkanında baş verdiyini təsvir etmişdi – lakin bu, İran tərəfdarı milislərin fəaliyyət gösdərdiyi İraq bölgəsidir. İran ordusu dövlət televiziyasında müttəfiq qrupun təyyarəni raketlə hədəf aldığını iddia etmişdi.

Tərtib edən:Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az

 

Exit mobile version