ABŞ-da yerləşən “Axios” xəbər platformasına danışan bir rəsmi, Kubanın son zamanlar dron imkanlarının artırılmasının ABŞ üçün potensial təhdidləri ilə bağlı fikirlərini bölüşüb.
Adı açıqlanmaya rəsmi bildirib ki, “Bu cür texnologiyanın bizə çox yaxın olduğunu və terrorçu qruplardan narkotik karterlərinə, iranlılardan ruslara qədər müxtəlif zərərli aktyorların iştirak etdiyini nəzərə alsaq, vəziyyət narahatedicidir.”
Axiosa görə, “ABŞ rəsmiləri Kubanın 2023cü ildən bəri Rusiya və İrandan müxdəlif imkanlara malik hücum dronları aldığını və onları adadaki strateji yerlərə yerləşdirdiyini bildirirlər.”
Hesabatda daha sonra ABŞ-ın yüksək vəzifəli rəsmisinin Kubanın “keçən ay Rusiyadan daha çox dron və hərbi texnika istəyib və ada ölkəsinə İrana daha effektiv müqavimət göstərməyi öyrətməyə çalışdığını” söyləməsi xarakter alır.
İranın 28 fevralda başlayan ABŞ hücumlarına cavab olaraq dronlardan istifadə etməsindən sonra ABŞ qüvələrinə qarşı dron hücumları ilə bağlı narahatlıqlar artıb.
ABŞ müdafiə naziri Pit Heqset çərşənbə axşamı Konqresdə keçirilən dinləmədə Kubaya məsələsinə toxunaraq deyib: “Biz uzun müddətdir ki, xarici düşmənin sahillərimizə bu qədər yaxın bir yerdən istifadə etməsinin son dərəcə problemli olduğundan narahatıq.”
Mərkəzi Kəşfiyyat Mərkəzinin direktırı Con Retkliff cümə axşamı Kubaya səfər edərək regional və beynəlxalq təhlükəsizlik məsələsini müzakirə etmək üçün Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

