İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-dən İraqa səyahətlə bağlı XƏBƏRDARLIQ

Amerika Birləşmiş Ştatları (ABŞ) Yaxın Şərqdəki bəzi personalına vətənlərini tərk etmək əmri verildikdən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa getməmək barədə xəbərdarlıq edib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada vacib olmayan dövlət işçilərinin ölkələrini tərk etmələri üçün göstərişlərin verildiyi xatırladılıb.

Bəyanatda İraqa səyahət tövsiyəsi “səyahət etməyin” mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.

Bəyanatda qərarın səbəbi kimi terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına zəruri təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu göstərilib və hər hansı səbəbdən İraqa səfər etməmək xəbərdarlığı edilib.

Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının ciddi təhlükəsizlik şəraitində yaşayıb işləməsinin gözlənildiyi vurğulanıb: “İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var”.

ABŞ Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən verilən açıqlamalarda Yaxın Şərqdəki qeyri-vacib Amerika personalının xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyi bildirilib.

ABŞ prezidenti Donald Tramp deyib ki, Yaxın Şərqdəki bəzi amerikalı hərbçilərin öz ölkələrini tərk etməsinə dair qərar bölgənin təhlükəli yerə çevrilə biləcəyi ilə bağlıdır.

Gundelik.az