İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-dəki Green Card proqramı müddətsiz olaraq dayandırılıb

ABŞ-də yaşamaq və işləmək imkanı verən “Green Card” lotereyası (Diversity Visa) proqramının müddətsiz dayandırıldığı açıqlanıb.
ABŞ Prezidenti Donald Trump Brown Universiteti və MIT kampuslarında baş verən silahlı hücumlardan sonra “Green Card” lotereyası proqramını cümə günü dayandırıb.
Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, Trumpın göstərişi ilə ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinə proqramın dayandırılması barədə əmri verilib. Noem paylaşımında “Bu şəxsin ölkəmizə daxil olmasına heç vaxt icazə verilməməli idi” ifadəsini işlədib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az