ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsi Kaliforniya ştatındakı hava bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Gundelik.az ABŞ KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində Cənubi Kaliforniyada yerləşən Edvards Hərbi Hava Bazasının uçuş-enmə zolağı yaxınlığında baş verib.
Məlumata görə, qəza barədə məlumat daxil olan kimi əraziyə təcili yardım və xilasedici qruplar göndərilib. Hazırda təyyarədə neçə ekipaj üzvünün olduğu və onların vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
ABŞ hərbi rəsmiləri hadisənin səbəblərinin araşdırıldığını və istintaqın davam etdiyini bildiriblər.

