ABŞ-nin Massaçusets ştatının sahillərində akulanın 29 yaşlı qadına hücum etdiyi bildirilir.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 31-də saat 13:40 radələrində Martas-Vinyard adasındakı Edqartaun şəhərinin Norton-Poynt çimərliyində baş verib.
Qadının ayağının aşağı hissəsindən xəsarət aldığı, tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırıldığı və xəsarətlərin həyati təhlükə yaratmadığı qeyd olunur. Hücum zamanı akulanı heç kim görməyib, lakin həkimlər xəsarətin dəniz heyvanının dişləməsi ilə uyğun gəldiyini bildiriblər.
Təhlükəsizlik məqsədilə çimərlik bir neçə saat ərzində üzgüçülük üçün bağlanıb və yerli administrasiya sakinlərə və turistlərə suda ehtiyatlı olmağı, xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.

