Gundelik.az Xəbərlər İqtisadiyyat ABŞ 12 milyard dollarlıq strateji mineral ehtiyatını yaradacaq
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ 12 milyard dollarlıq strateji mineral ehtiyatını yaradacaq

ABŞ Prezidenti Donald Tramp vacib mineralların strateji ehtiyatının yaradılması üçün təxminən 12 milyard dollarlıq layihəni təqdim edib.

Bu barədə Gundelik.az “The New York Times” qəzetinə istinadən xəbər verir.

“Son bir il ərzində administrasiyam ABŞ-nin ehtiyac duyduğu bütün vacib minerallara və nadir torpaq metallarına sahib olmasını təmin etmək üçün misli görünməmiş addımlar atıb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsinə 1,67 milyard dollarlıq özəl vəsait və ABŞ İxrac-İdxal Bankından 10 milyard dollarlıq kredit daxildir. Bankın direktorlar şurası bazar ertəsi günü krediti təsdiqləyib.

Layihə şirkətləri nadir torpaq metallarının qiymət dəyişkənliyindən qorumaq üçün nəzərdə tutulub.

Exit mobile version